HƏMAS-ın raket qurğuları sıradan çıxarılıb

 HƏMAS-ın raket qurğuları sıradan çıxarılıb
  18 Avqust 2025    Oxunub:1035
İsrail hərbçilərinin Qəzza zolağının cənubunda keçirdikləri əməliyyat nəticəsində iranyönümlü HƏMAS terror təşkilatına məxsus çox sayda raket buraxılış qurğusu dağıdılıb.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, terrorçular həmin qurğular vasitəsilə İsrail ərazisinə doğru raket hücumlarının həyata keçirilməsini planlaşdırırdılar.

Məlumata əsasən, əməliyyatın aparıldığı ərazidən dünən İsrailin cənubuna raket buraxılıb, ancaq hava hücumundan müdafiə qoşunları tərəfindən dərhal zərərsizləşdirilib.
HƏMAS-ın mühüm rəhbərlərindən biri öldürülüb | VİDEO

Xatırladaq ki, avqustun 7-də İsrailin Təhlükəsizlik Kabinetinin iclasında Qəzza zolağında hərbi əməliyyatların artırılmasına, Qəzza şəhərinin mühasirəyə alınmasına və tədricən ələ keçirilməsinə qərar verilib. Avqustun 15-də İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağındakı Xan-Yunis şəhərinə aviazərbəsi nəticəsində Fələstinin iranyönümlü HƏMAS terror təşkilatının aparıcı komandirlərindən biri həyatını itirib. Bildirilib ki, zərərsizləşdirilən terrorçu sözügedən təşkilatın Rəfəh briqadasında nəzarət departamentinin rəhbəri Nasir Musadır. O, briqadakı yaraqlıların hazırlığına və təlimlərinə cavabdeh idi. Eyni zamanda, kəşfiyyat və müşahidə qruplarında da fəaliyyət göstərib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   Qəzza   müharibə  



Xəbər lenti