Kamçatkada 5,3 maqnitudalı zəlzələ olub

Kamçatkada 5,3 maqnitudalı zəlzələ olub
  16 Avqust 2025    Oxunub:571
Rusiyanın Kamçatka diyarında 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Təbiət hadisəsi Petropavlovsk-Kamçatskdan 469 km aralıda baş verib. Zəlzələ ocağı 28,6 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

AzVision.az



Teqlər:



Xəbər lenti