Metro istifadəçilərinin sayı azalıb

Metro istifadəçilərinin sayı azalıb
  16 Avqust 2025    Oxunub:1106
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı 127 587,1 min. olub. Bu da illik müqayisədə 1,9% azalma deməkdir.
Dövlət Statistika Komitəsindən AzVision.az -a verilən məlumata görə, ötən ilin yanvar-iyul aylarında Bakı metropolitenindən 130 103,4 min sərnişin istifadə edib.

Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir.

AzVision.az


Teqlər: metro  



Xəbər lenti