Narkotik satan qardaşlar tutulub

Narkotik satan qardaşlar tutulub
  14 Avqust 2025    Oxunub:1020
Paytaxtda narkotiklərin satışı ilə məşğul olan qardaşlar saxlanılıb.
Bu barədə AzVision.az -a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Yusif Əliyev və qardaşı 33 yaşlı İlkin Əliyev saxlanılıb. Onların avtomobil və evlərinə baxış zamanı 6 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.

Araşdırmalarla onların narkotikləri satış məqsədilə əldə etdikləri məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti