Özgür Özələ qarşı təzminat iddiası qaldırılıb

Özgür Özələ qarşı təzminat iddiası qaldırılıb
  14 Avqust 2025    Oxunub:1159
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl haqqında onun verdiyi ifadələrə görə 1 milyon lirə məbləğində təzminat tələbi ilə məhkəmə iddiası qaldırıb.
Bu barədə Prezidentin vəkili Hüseyn Aydın özünün "X" hesabında məlumat verib. O diqqətə çatdırıb ki, Özgür Özəl dünən İstanbulun Bayrampaşa rayonunda keçirilmiş mitinqdə, habelə Mərmərə həbsxanasının qarşısında mətbuata açıqlama verərkən Rəcəb Tayyib Ərdoğan barəsində nalayiq ifadələr və əsassız ittihamlar dilə gətirib.

"Ümumilikdə 1 milyon lira həcmində mənəvi təzminat iddiası Ankara Birinci İnstansiya Məhkəməsində qaldırılıb. Eyni zamanda, Prezidentə qarşı təhqirə görə Ankara Respublika Baş Prokurorluğunda cinayət işi açılıb", – vəkil bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   prezident   təhqir   məhkəmə  



Xəbər lenti