Sabah Bakının bəzi rayonlarında qaz olmayacaq

Sabah Bakının bəzi rayonlarında qaz olmayacaq
  13 Avqust 2025    Oxunub:685
Sabah saat 10:00-dan etibarən Xəzər, Qaradağ və Səbail rayonları ərazisində qaz təchizatı dayandırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, qaz təchizatında dayanma xətlərdə görüləcək təmir işləri ilə əlaqədardır.

Belə ki, təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Şüvəlan qəsəbəsinin və Gülçülük yaşayış massivinin, Qaradağ rayonu üzrə Puta qəsəbəsinin, Səbail rayonu üzrə isə Z.Yusifzadə, A.Məmmədov, L.Babayev, Ə.Nəzmi, A.Nəsirov, M.Useynov, Xanlar, S.Qədimova və A.Abbaszadə küçələrinin qaz təchizatında məhdudiyyət fasilə yaranacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti