Zaxarova: "Zelenski öz xalqı ilə döyüşür"

      Zaxarova:    "Zelenski öz xalqı ilə döyüşür"
  13 Avqust 2025    Oxunub:1034
"Volodimir Zelenski Rusiyaya qarşı yox, Ukrayna xalqına qarşı, onun "məhvi naminə" vuruşur".
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova "Sputnik" radiosuna müsahibəsində dilə gətirib. O, rəsmi Kiyevin mübadilə çərçivəsində 1000 ukraynalı əsirdən imtinasına münasibət bildirib.

"Ukrayna Prezidenti "kiminsə yazdığı missiya üzrə və millətçilik bayrağı altında öz xalqının axırına çıxmağa çalışır. Belə başa düşülür ki, Kiyevə diri və ya ölü Ukrayna vətəndaşları lazım deyil", – xanım katib söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   müharibə   əsirlər  



Xəbər lenti