Elan saytlarında vətəndaşları aldadan şəxs tutulub

Elan saytlarında vətəndaşları aldadan şəxs tutulub
  13 Avqust 2025    Oxunub:1223
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə elan saytlarında vətəndaşları aldatmaqda şübhəli bilinən 28 yaşlı Orxan Hüseynov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a bildirilib ki, o, ev heyvanları satmaq adı ilə saytlarda yalan elanlar yerləşdirib və onlayn yolla alıcıların maddi vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. O.Hüseynovun əməllərindən zərər görən başqa vətəndaşlar varsa, polis orqanlarına məlumat verə bilərlər.


AzVision.az


Teqlər:



Xəbər lenti