Serbiyada rusyönümlü siyasətçilər istefaya göndəriləcək

Serbiyada rusyönümlü siyasətçilər istefaya göndəriləcək
  12 Avqust 2025    Oxunub:1162
"Serbiyanın Baş naziri Curo Matsut Avropa İttifaqının təzyiqi nəticəsində bir sıra rusyönümlü siyasətçiləri istefaya göndərməyi planlaşdırır".
Bu barədə Rusiyanın "TASS" xəbər agentliyi Serbiya hökumətindəki mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, Baş nazir öz qərarını gələn həftə həyata keçirə bilər.

"İstefaya göndəriləcək şəxslər arasında aparat rəhbəri və milli təhlükəsizlik müşaviri Miloş Ançiç, xarici siyasət üzrə baş müşavir Aleksandra Nikoliç, baş qərargah rəisinin müavini Ana Yovançiç və baş məsləhətçi Bilyana Boqiçeviç də var", – "TASS" diqqətə çatdırıb.

Məlumata görə, adları çəkilən şəxslər rusyönümlü siyasətçilər sayılırlar. Onlar əvvəllər Serbiyanın keçmiş Baş nazirinin müavini Aleksandr Vulinin kabinetində işləyiblər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Serbiya   Rusiya   siyasətçi   istefa  



Xəbər lenti