İranda valyuta "tümən" adlanacaq

   İranda valyuta "tümən" adlanacaq
  11 Avqust 2025    Oxunub:1641
İran hökuməti milli valyutanın əskinaslarından 4 sıfırın götürülməsi, eyni zamanda, valyutanın adının "rial"dan "tümən"ə dəyişdirilməsi ilə əlaqədar qanun layihəsini təsdiqləyib.
Bu barədə İran hökumətin sözçüsü Fatimə Mühacirani yerli jurnalistlərə məlumat verib. O diqqətə çatdırıb ki, islahatın aparılması üçün iki illik keçid dövrü nəzərdə tutulub.

"Bu müddət ərzində hər iki valyuta (rial və tümən) dövriyyədə qalacaq", – xanım sözçü bildirib.
İran valyutasından 4 sıfır götürülüb

Məlumat üçün xatırladaq ki, bu islahat İranın "Pul və Banklar haqqında" Qanunun 1-ci maddəsinə dəyişiklik üzrə qanun layihəsi çərçivəsində aparılır. Layihəyə əsasən, pul vahidinin adının da "tümən"ə dəyişdirilməsi nəzərdə tutulsa da, bu məsələ ölkənin Mərkəzi Bankı tərəfindən əvvəlcə məqbul sayılmamışdı.

Beləliklə, təsdiqlənmiş islahata görə, İranda yeni 1 rial (tümən) keçmiş 10 min riala bərabər sayılacaq. 100 qiran (qəpik) isə 1 rialdır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   valyuta   islahat  



Xəbər lenti