İranda silahlı qarşıdurma olub, ölənlər var

İranda silahlı qarşıdurma olub, ölənlər var
  10 Avqust 2025    Oxunub:1021
İranın cənub-şərqində naməlum şəxslərlə polis arasında baş verən silahlı qarşıdurmada 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Yerli KİV-lərin məlumatına görə, Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində naməlum şəxslər polis əməkdaşlarına hücum ediblər.

Atışma nəticəsində 3 hücumçu zərərsizləşdirilib, bir polis əməkdaşı həyatını itirib, digəri isə yaralanıb.

Hadisənin təfərrüatları araşdırılır.


Teqlər:



Xəbər lenti