Azərbaycan ilə Özbəkistan XİN başçıları telefonla danışıblar
Qeyd edilib ki, Özbəkistanın xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesində tarixi nailiyyətlər münasibətilə səmimi təbriklərini çatdırıb.
İmzalanmış sənədlərin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Sülh sazişinin paraflanmasının, habelə ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırışın sülhə əhəmiyyətli töhfə olduğu diqqətə çatdırılıb.
Telefon danışığı zamanı Azərbaycan-Özbəkistan strateji müttəfiqlik əlaqələrindən irəli gələn məsələlər, o cümlədən çoxtərəfli əməkdaşlıq istiqamətində əldə olunmuş razılıqların icrası planları müzakirə olunub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


