AŞPA sədri: "Sülh müqaviləsinin paraflanmasını alqışlayıram"

      AŞPA sədri:    "Sülh müqaviləsinin paraflanmasını alqışlayıram"
  09 Avqust 2025    Oxunub:1079
"Azərbaycan və Ermənistanı ikitərəfli münasibətlərin normallaşması çərçivəsində Vaşinqtonda sənədlərin imzalanması münasibətilə təbrik edirəm".
AzVision.az xəbər verir ki, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodor Russopulos özünün "X" hesabında yazıb:

"Vaşinqtonda ABŞ-nin himayəsi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış (paraflanmış – red.) sülh sazişini hərarətlə alqışlayıram. AŞPA bu münaqişədə həmişə parlament diplomatiyasını təşviq edib və bu sazişin, eləcə də tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün mərhələləri dəstəkləməyə hazırdır".

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin sammiti keçirilib və bu sammitdə Bakı ilə İrəvan arasında sülh prosesinin başa çatdırılmasına yönəlmiş sənədlər imzalanıb.

AzVision.az


Teqlər: AŞPA   sülh   təbrik  



Xəbər lenti