Trampın Nobel Sülh Mükafatına namizədliyi rəsmən irəli sürüldü

Trampın Nobel Sülh Mükafatına namizədliyi rəsmən irəli sürüldü
  07 Avqust 2025    Oxunub:359
Kambocanın Baş naziri Hun Manet Nobel Sülh Komitəsinə məktub göndərərək, ABŞ Prezidenti Donald Trampın xidmətlərini sülh mükafatı ilə qeyd etməyi təklif edib.
AzVision.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kamboca Mətbuat Agentli məlumat yayıb.

"Kamboca Krallığının baş naziri olaraq, dünyada sülhün möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə ABŞ-nin 45-ci və 47-ci Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini rəsmi olaraq irəli sürmək şərəfinə malikəm", - deyə o vurğulayıb.

Baş nazir Kamboca və Tailand arasındakı sərhəddə sülh və sabitliyin bərpasında həlledici roluna görə Trampa səmimi minnətdarlığını bildirib.

Xatırladaq ki, iyulun 24-də Tailand və Kamboca sərhədində silahlı toqquşmalar başlamışdı. Avqustun 7-də isə iki ölkə nümayəndələri Kuala-Lumpurda danışıqlardan sonra sərhəddəki gərginliyin aradan qaldırılması üçün razılığa gəliblər.

AzVision.az



Teqlər:



Xəbər lenti