Suqovuşan qəsəbəsi ərazisində yanğın başlayıb

Suqovuşan qəsəbəsi ərazisində yanğın başlayıb
  07 Avqust 2025    Oxunub:443
Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində hazırda davam edən şiddətli yanğın əsasən mina və partlamamış döyüş sursatları olan ərazilərdədir.
AzVision.az xəbər verir ki, əraziyə yanğınsöndürən briqadaları cəlb olunsa da şəxsi heyətin təhlükəli əraziyə girişi mümkün olmayıb.

Lakin yanğının yol massivi və infrastruktura zərər verməsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti