Vurğulanıb ki, müstəqillikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan korrupsiyaya qarşı mübarizə siyasətinin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində bu sahədə mübarizənin hüquqi bazası möhkəmləndirilib, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, hesabatlılığın artırılması və ictimai nəzarətin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Həyata keçirilən tədbirlər çərçivəsində korrupsiyanın qarşısının alınması məqsədilə preventiv mexanizmlər təkmilləşdirilib, vətəndaş məmnunluğunun və xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm işlər görülüb.
Tədbirin sonunda bu sahədə maarifləndirmə, təlim, eləcə də profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb, korrupsiyaya qarşı mübarizəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


