Tramp bu gün bəyanat verəcək

   Tramp bu gün bəyanat verəcək
  06 Avqust 2025    Oxunub:1006
ABŞ Prezidenti Donald Trampın bu gün Ağ Evin Oval Ofisindən mövzusu hələlik naməlum saxlanılan bəyanat verəcəyi bildirilib.
Bu barədə "Roll Call" qəzetində Donald Trampın iş qrafiki üzrə cədvəldə məlumat yayımlanıb. Məlumata görə, prezidentin çıxışı yerli vaxtla saat 16:30-da başlayacaq.

Yerli mətbuatın fərziyyəsinə əsasən, bəyanatda ABŞ-nin xarici məhsullar üçün irəli sürəcəyi əlavə gömrük rüsumları açıqlana bilər. Belə ki, Donald Tramp avqustun 4-də özünün "Truth" hesabında yazmışdı ki, Rusiya neftinin idxalına və yenidən satışına görə Hindistana qarşı rüsumlar "əhəmiyyətli dərəcədə" artırılacaq.
İsveçrə saatlarına Tramp zərbəsi: Səhmlər ucuzlaşır

Xatırladaq ki, avqustun 1-də ABŞ Prezidenti Donald Trampın imzaladığı sərəncamla "qlobal ticarəti Vaşinqtonun xeyrinə yenidən formalaşdırmaq məqsədilə" onlarla ölkəyə yüksək tariflər irəli sürülüb. İxrac tarifləri çərçivəsində ən yüksək göstərici (50%) Braziliyanın "payına düşüb". Eyni zamanda, İsveçrədən gələn mallara 39%, Kanada üçün 35%, Hindistan üçün 25%, Tayvan və Türkiyə üçün 20%, İsrail üçün 15% gömrük rüsumu nəzərdə tutulub. Sərəncamda vurğulanmayan bütün digər ölkələr üçün gömrük rüsumu isə 10%-də qərarlaşıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Donald-Tramp   bəyanat   rüsum  



Xəbər lenti