İranda İsrail casusu asılıb

İranda İsrail casusu asılıb
  06 Avqust 2025    Oxunub:932
İranda 12 günlük (13-25 iyun) müharibə dövründə İsrailin xeyrinə casus fəaliyyəti göstərməkdə təqsirli bilinən Ruzbeh Vadinin edam hökmü həyata keçirilib.
İranın məhkəmə hakimiyyətinin elektron orqanı sayılan "Mizan" xəbər agentliyinin yaydığı məlumata əsasən, Ruzbeh Vadi "müharibədə öldürülən nüvə alimi haqqında İsrailə məlumat ötürməkdə" şübhəli bilinib. Edam hökmü Ali Məhkəmə tərəfindən verilib.

"Müttəhim ölkənin mühüm təşkilatlarından birində işləyirdi. O, səlahiyyət imkanlarına görə İsrail tərəfindən casusluq və terror fəaliyyəti üçün nəzərəçarpan subyektə çevrilmişdi. Beləliklə, İsrailin xarici kəşfiyyat xidməti "Mossad" onu kiberməkan vasitəsilə işə götürərək müxtəlif qiymətləndirmə mərhələlərindən keçirib. Mərhələlərdən uğurla keçən Ruzbeh Vadinin "Mossad"la rəsmi əməkdaşlığı başlayıb", - məlumatda vurğulanır.
Əraqçi: "ABŞ təzminat ödəməlidir"

Xatırladaq ki, iyunun 13-də İsrail Hərbi Hava Qüvvələri İran ərazisindəki nüvə obyektlərinə aviazərbələr endirməyə başlamış, İranın cavab tədbirləri görməsi ilə iki ölkə arasında müharibə başlamışdı. Tehranla nüvə proqramı üzrə danışıqlara yenidən başlamış ABŞ də İsrailə dəstək verərək hücumlara qoşulmuşdu. Nəticədə hər iki ölkənin ərazisində hədəfə alınan obyektlərdən əlavə bir çox mülki infrastruktura da ziyan dəymiş, yüzlərlə insan həyatını itirmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   casus   edam  



Xəbər lenti