İsveç Ukrayna üçün 275 milyon dollar ayırdı

İsveç Ukrayna üçün 275 milyon dollar ayırdı
  05 Avqust 2025    Oxunub:300
İsveç hökuməti Ukrayna üçün Amerika silahlarının alınmasına 275 milyon dollar ayırır.
AzVision.az xəbər verir ki, məlumatı İsveçin müdafiə naziri Poul Conson mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, Norveç, İsveç və Danimarka NATO-nun Ukraynaya silah tədarükü təşəbbüsü üçün vəsait ayırmağa qərar verib:

"Bu təşəbbüs NATO tərəfindən koordinasiya edilir və Ukraynanın özünü müdafiə qabiliyyətinin gücləndirilməsi üçün İsveç yardımı dərhal veriləcək. Vəsait gələn aydan etibarən Ukraynaya silah tədarükünə sərf olunacaq. Bu, Ukraynanın müdafiə qabiliyyəti üçün çox vacibdir və transatlantik əməkdaşlığın gücləndirilməsi üçün strateji əhəmiyyət kəsb edir".

2025-ci ilin fevral ayından İsveç Ukraynaya 92,8 milyard kron (9,58 milyard dollar) ayırıb.

AzVision.az



Teqlər:



Xəbər lenti