Baş nazir Xəzərin qorunması üzrə birgə addımlar atmağa çağırıb
"Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, Azərbaycan karbon bazarı mexanizmi üzrə danışıqları uğurla yekunlaşdırıb və saziş qəbul olunduqdan doqquz il sonra onun tətbiqini təmin edib. Eyni zamanda, iqlim dəyişikliyindən zərər çəkən həssas icmaların əhəmiyyətli dəstəklənməsi üçün zərər və itkilərin ödənilməsi fondunun tam işə salınması barədə qərar qəbul olunub", - deyə Əli Əsədov qeyd edib.
O, həmçinin Xəzəryanı regionun üzləşdiyi ciddi ekoloji çağırışlara, xüsusilə də Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə aşağı düşməsi məsələsinə diqqət çəkib.
"Xəzəryanı dövlətlərin ümumi ekoloji problemlərin həlli üçün birgə səylərinin vacibliyini vurğulamaq lazımdır. 2022-ci ildə Aşqabadda keçirilmiş altıncı Xəzəryanı dövlətlər sammitində Azərbaycan Prezidenti İlham Əliyev Xəzərin səviyyəsinin enməsi problemini xüsusi olaraq önə çəkmişdi. Dövlət başçısının təşəbbüsünə uyğun olaraq, bu prosesin səbəblərini öyrənmək və onun təsirini yumşaltmaq üçün tədbirlər hazırlamaq məqsədilə ekspert qruplarının yaradılması istiqamətində addımlar atılır", - Baş nazir vurğulayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


