Pakistan XİN ölkə vətəndaşlarının Ukraynadakı münaqişədə iştirakını inkar edib

   Pakistan XİN ölkə vətəndaşlarının Ukraynadakı münaqişədə iştirakını inkar edib
  05 Avqust 2025    Oxunub:801
İslamabad Kiyevin Pakistan vətəndaşlarının Ukraynadakı münaqişədə iştirakı ilə bağlı ittihamlarını əsassız hesab edir.
AzVision.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Pakistan hökuməti ölkə vətəndaşlarının Ukraynadakı münaqişədə iştirakı ilə bağlı əsassız iddiaları qəti şəkildə rədd edir. Bu günə qədər Ukrayna hakimiyyəti Pakistana heç bir rəsmi müraciət etməyib və bu cür iddiaları təsdiqləyən sübut təqdim etməyib”, - məlumatda vurğulanıb.

Açıqlamada Pakistanın Ukraynadakı münaqişənin BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarı olduğu vurğulanır.

AzVision.az




Teqlər:



Xəbər lenti