Əfqanıstanda hər üç uşaqdan biri acdır

   Əfqanıstanda hər üç uşaqdan biri acdır
  05 Avqust 2025    Oxunub:301
Əfqanıstan əhalisinin dörddə biri, yəni 10 milyona yaxın insan kəskin ərzaq çatışmazlığından əziyyət çəkir.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) bəyanatına istinadən CNN məlumat yayıb. Qeyd olunub ki, ölkədə hər üç uşaqdan biri xroniki qida çatışmazlığı səbəbindən inkişafdan geri qalır.

ÜƏP qeyd edib ki, vəziyyətin pisləşməsi son iki ildə humanitar ərzaq yardımının azalması ilə bağlıdır. Buna səbəb maliyyə dəstəyinin əhəmiyyətli dərəcədə azalması olub. Belə ki, cari ilin aprelində ABŞ-nin prezidenti Donald Trampın administrasiyası dünyanın ən kasıb ölkələrindən biri olan Əfqanıstana ərzaq tədarükünü tamamilə dayandırıb.

AzVision.az


Teqlər: Əfqanıstan   BMT  



Xəbər lenti