Qabiliyyət imtahanı vermək üçün 37 mindən çox abituriyent qeydiyyatdan keçib

Qabiliyyət imtahanı vermək üçün 37 mindən çox abituriyent qeydiyyatdan keçib
  04 Avqust 2025    Oxunub:336
Bu gün idman istiqamətinə aid 61 (məşqçilik) komissiya üzrə ixtisas imtahanları keçirilir. İmtahanlarda 1032 abituriyentin (subbakalavrın) iştirakı nəzərdə tutulub.
AzVision.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlarda iştirak etmək üçün ümumilikdə 37 mindən çox abituriyent (subbakalavr) qeydiyyatdan keçib. İmtahanlar iyunun 20-də başlanıb və avqustun 11-də yekunlaşacaq.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumat Mərkəzin saytında yerləşdirilib.

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışlarında verilib.

AzVision.az



Teqlər:



Xəbər lenti