Podolyak: "Vitkofun səfərindən nəticə gözləmirik"

      Podolyak:    "Vitkofun səfərindən nəticə gözləmirik"
  04 Avqust 2025    Oxunub:822
"ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun Moskvaya səfəri çərçivəsində Vladimir Putinlə aparacağı danışıqlarda hər hansı ciddi nəticənin meydana gələcəyinə ümidimiz azdır".
Bu sözləri Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak yerli mətbuata müsahibəsində dilə gətirib. O deyib ki, ancaq Prezident Donald Trampın "Moskvaya qarşı sərt mövqeyi" Ukraynaya dəstəkdə real dəyişikliyə gətirib çıxara bilər".

"Rusiya cümə gününədək öz yanaşmasını dəyişməsə, Rusiya neftinin ixracına qarşı ikinci dərəcəli sanksiyalar işə salınmalıdır. Eyni zamanda, Donald Tramp bildirib ki, Avropa ölkələrinə "Ukraynaya ötürmək üçün" istədikləri sayda silah-sursat satmağa hazırdır. Bu, artıq yeni mərjələdir", – Podolyak vurğulayıb.
Vitkof Rusiyaya gedir | YENİLƏNİB

Xatırladaq ki, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof çərşənbə günü Moskvaya səfəri yollanacaq. Onun Prezident Vladimir Putinlə görüşü nəzərdə tutulur. Xüsusi nümayəndənin səfəri ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə verdiyi "möhlət" fonunda baş tutur. Belə ki, Tramp Putinin qarşısında şərt qoyub: cümə günü möhlət başa çatdıqca o, Ukraynada atəşkəsə razılıq verməlidir, əks təqdirdə, Moskva ağır sanksiyalarla üzləşəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ukrayna   Rusiya   müharibə   ABŞ   danışıqlar  



Xəbər lenti