Baş prokurorun müavinləri üçün yeni güzəşt müəyyənləşib

   Baş prokurorun müavinləri üçün yeni güzəşt müəyyənləşib
  04 Avqust 2025    Oxunub:346
Nazirlər Kabineti “Ezamiyyə xərclərinin normaları haqqında” qərarında dəyişiklik edib.
AzVision.az -ın xəbərinə görə, dəyişikliyə əsasən, Baş prokurorun müavinlərinə ezamiyyətə getdiyi zaman fasiləsiz uçuş müddəti 5 (beş) saatdan artıq olduğu aviareyslər üzrə nəqliyyat xərcləri “biznes klass” tarifləri ilə ödəniləcək.

Bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün “ekonom klass”, dəmiryol qatarları üçün “4 yerli kupeli vaqon” tarifləri ilə ödəniləcək.

AzVision.az



Teqlər:



Xəbər lenti