Görülən təhlükəsizlik tədbirlərini sənədləşdirmək məqsədilə ictimaiyyət üçün potensial risk mənbələri hesab edilən ən qabaqcıl modellərə nəzarət də tələb olunur. Yeniliklər, digər məsələlərlə yanaşı, əqli mülkiyyətin və müəlliflərin, məzmun sahiblərinin hüquqlarının qorunmasına yönəlib.
Fiziki şəxslər bu cür pozuntulara görə süni intellekt şirkətlərini məhkəməyə verə bilərlər. Avropa Süni İntellekt İdarəsi 2026-cı ilin avqustundan yeni modelləri və 2025-ci il avqustun 2-dən əvvəl buraxılan tətbiqləri 2027-ci ilin avqustundan sonra nəzərdən keçirməyə başlayacaq. Mütəxəssislər hesablayıblar ki, tətbiq edilən mümkün cərimələrin məbləği 17,1 milyon ABŞ dollarına (təxminən Sİ xidmətləri bazarının 14%-i) çata bilər.
Dünyada süni intellektlə bağlı ilk beynəlxalq qanun Avropa Parlamenti tərəfindən martın 13-də, Aİ-yə üzv ölkələrin müvafiq nazirləri tərəfindən isə 2024-cü il mayın 21-də təsdiq edilib. Qeyd edilib ki, yeni tənzimləmənin məqsədi “fundamental hüquqları, demokratiyanı, qanunun aliliyini və ekoloji davamlılığı yüksək riskli süni intellektdən qorumaqdır”.
Fevralın 2-də keçid dövründən sonra Aİ-də intellektdən istifadə ilə bağlı ilk qaydalar qüvvəyə minib. Xüsusən, Aİ vətəndaşlarının sosial reytinqini yaratmaq üçün süni intellektdən istifadə etmək qadağan edilib (belə texnologiya artıq Çində tətbiq olunur). Aİ, həmçinin iş yerində və ya təhsil müəssisələrində emosiyaların tanınmasına icazə vermir.
|
| The Times: “Süni İntellekt bəşəriyyəti məhv edə bilər” | VİDEO |
Aİ ölkələrində CCTV kameralarından istifadə etməklə ictimai yerlərdə insanların üzlərinin süni intellekt vasitəsilə tanınması da prinsipcə qadağandır, lakin insan alveri və terrorizmlə bağlı cinayətlərin araşdırılması zamanı hüquq-mühafizə orqanları üçün bu məsələdə istisna edilib.
Avropa Komissiyası (AK) süni intellekt “giqafabrikalarının” tikintisinə 20 milyard avro maliyyə vəsaiti ayırıb.
Xatırladaq ki, “Machine Intelligence Research Institute” qeyri-kommersiya təşkilatının rəhbəri, “Google” və “Microsoft” şirkətlərinin keçmiş mühəndisi Neyt Soares, öz növbəsində, süni intellekt sayəsində insanların məhv olma ehtimalının ən azı 95%-ə çatdığını iddia edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


