Almaniya Ukraynaya "Patriot"lar göndərəcək

   Almaniya Ukraynaya "Patriot"lar göndərəcək
  01 Avqust 2025    Oxunub:1016
"Almaniya yaxın günlərdə Ukraynaya iki "MIM-104 Patriot" yer-hava raket sistemi göndərəcək".
Bu barədə Ukraynanın müdafiə naziri Denis Şmiqal özünün "X" hesabında məlumat verib. O diqqətə çatdırıb ki, Berlin Kiyevə əvvəla sözügedən sistemin buraxılış qurğularını çatdıracaq.

"İkinci mərhələdə, yəni növbəti iki-üç ay ərzində isə sistemin əlavə komponentləri təhvil veriləcək. Bu addım ABŞ, Almaniya və digər NATO-ya üzv ölkələrin birgə səylərinin nəticəsidir", - Şmiqal yazıb. O bu münasibətlə alman və amerikalı həmkarları Boris Pistorius və Pit Heqsetə öz təşəkkürünü bildirib.

"Ukraynanın daha çox hava hücumundan müdafiə imkanları qazanması daha çox günahsız insaın həyatının xilası deməkdir!", - nazir vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   Ukrayna   Patriot  



Xəbər lenti