Tramp qərarını niyə dəyişib?

   Tramp qərarını niyə dəyişib?
  31 İyul 2025    Oxunub:781
Televiziyada Ukraynadakı münaqişə ilə bağlı nümayiş olunan kadrlar, eləcə də ABŞ-nin birinci xanımı Melaniya Trampın fikirləri Amerika lideri Donald Trampın Rusiya ilə bağlı mövqeyinin dəyişməsinə təsir edib.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Independent” nəşri belə məlumat yayıb.

“O, babadır, ailə başçısıdır və yaralı və ya ac uşaqların şəkilləri onu bu ölkədə ürəyi olan hər bir insan kimi qəzəbləndirir”, - Ağ Evin təmsilçisi bildirib.

Mənbənin sözlərinə görə, ABŞ prezidenti onun üçün ən yaxşı məlumat olduğuna inandığına əsaslanaraq qərarlar qəbul edir.

Kiyevə dron və raket zərbələri: ölənlər və yaralananlar var | VİDEO
Trampa yaxın olan şəxs həmçinin Amerika liderinin həyat yoldaşının təsirini düzgün qiymətləndirməyə çağırıb. Yeri gəlmişkən, ABŞ prezidentinin özü də etiraf edib ki, Melaniya onun Ukrayna və Fələstin-İsrail münaqişələri ilə bağlı qərarlarına təsir göstərib.

Xatırladaq ki, iyulun 29-da ABŞ prezidenti Donald Tramp Rusiyaya hərbi əməliyyatları dayandırmaq üçün 10 gün vaxt verdiyini bildirib. Daha əvvəl, iyulun 14-də isə Tramp bunun üçün 50 gün müddət təyin etmişdi, lakin sonradan Rusiya prezidenti Vladimir Putinin hərəkətlərindən məyus olduğunu əsas gətirərək, müddəti azaldıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Rusiya   mövqe  



Xəbər lenti