Ottavanın qərarı Trampı qəzəbləndirib

   Ottavanın qərarı Trampı qəzəbləndirib
  31 İyul 2025    Oxunub:1278
ABŞ Prezidenti Donald Tramp Kanadanın Fələstin Muxtariyyətini rəsmi dövlət kimi tanımaq qərarını qınayıb.
O bu barədə özünün "Truth" hesabında yazıb. Vurğulayıb ki, belə bir qərar iki ölkə arasında ticarət sazişi üzrə danışıqlara xələl gətirə bilər.

"Bu, onlarla ticarət sazişi bağlamağımızı çox çətinləşdirəcək", – Tramp bildirib.
Kanada da Fələstini tanıyacaq

Xatırladaq ki, Kanadanın xarici işlər naziri Mark Karni Kanadanın sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstin Muxtariyyətini rəsmi dövlət kimi tanıyacağını diqqətə çatdırıb. Eyni zamanda, Fransa və Britaniya da oxşar addım atıb. Britaniya mətbuatı Baş nazir Kir Starmerin Fələstin Muxtariyyətinin rəsmi dövlət kimi tanınmasını da nəzərdə tutan sülh planı üzərində işlədiyi barədə məlumat yayıb. Donald Tramp bu ölkələrin də qərarını sərt tənqid atəşinə tutaraq söyləyib ki, Fələstini tanımaq iranyönümlü HƏMAS terror təşkilatını mükafatlandırmaq deməkdir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Kanada   Fələstin   qərar   reaksiya  



Xəbər lenti