Rusiya və Çin birgə hərbi təlim keçirəcək

 Rusiya və Çin birgə hərbi təlim keçirəcək
  30 İyul 2025    Oxunub:885
Gələn ay Rusiyanın və Çinin Hərbi Dəniz Qüvvələri arasında "Dəniz Əməkdaşlığı - 2025" adlı birgə təlimlər keçiriləcək.
TASS xəbər agentliyinin yaydığı məlumata əsasən, bu barədə Çinin Müdafiə Nazirliyinin mətbuat katibi Çan Syoqan jurnalistlərə açıqlamasında bildirib. O diqqətə çatdırıb ki, təlimlər Rusiyanın Vladivostok şəhərində, həm dəniz, həm də hava məkanında baş tutacaq.

"Bu təlimlər iki ölkənin Silahlı Qüvvələri arasında illik əməkdaşlıq planının bir hissəsidir. Tədbir hər hansı üçüncü tərəfə qarşı yönəlməyib və mövcud regional, yaxud qlobal vəziyyətlə əlaqəli deyil", – katib vurğulayıb.

Xatırladaq ki, iyulun 21-23-də Xəzər dənizində Rusiya və İran hərbi gəmiləri və təyyarələrinin iştirakı ilə "CASAREX 2025" təlimləri keçirilmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: Çin   Rusiya   hərbi-təlim  



Xəbər lenti