Tramp Rusiyaya 10 gün vaxt verib

Tramp Rusiyaya 10 gün vaxt verib
  29 İyul 2025    Oxunub:604
Vaşinqton administrasiyası Rusiya ilə Ukrayna arasındakı münaqişənin həllinə dair 10 gün ərzində razılıq əldə etməyə çalışır, əks halda ABŞ idxal rüsumları tətbiq edəcək.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın prezidenti Donald Tramp jurnalistlərə açıqlama verib.

“10 gün sonra biz tariflər və digər tədbirlər tətbiq edəcəyik. Bu, Rusiyaya təsir edəcəkmi, bilmirəm. Ola bilər təsir etsin, ola da bilər etməsin. Amma təsir edə biləcəyi ehtimalı da var”, – deyə Tramp bildirib.

O əlavə edib ki, Rusiya hələ də müharibəni davam etdirmək niyyətindədir.


Teqlər: ABŞ   Rusiya  



Xəbər lenti