Prezident yol təmirinə büdcədən 2 milyon ayırıb

   Prezident yol təmirinə büdcədən 2 milyon ayırıb
  29 İyul 2025    Oxunub:784
Lerik rayonunun Hamarmeşə-Bibiyani avtomobil yolu əsaslı təmir olunacaq.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla 1 000 nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hamarmeşə-Bibiyani avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindəndən ilkin olaraq 2 milyon manatı ayrılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti