"Maraqlıdır ki, ABŞ ötən il cəmi 11 THAAD raketinin istehsalını həyata keçirib. Bu il də cəmi 12 THAAD-ın istehsalı nəzərdə tutulur", – "CNN" bildirir.
Telekanal, eyni zamanda, Amerikanın Milli Təhlükəsizliyi üzrə Yəhudi İnstitutunun (JINSA) hesabatına istinadən diqqətə çatdırıb ki, 12 günlük müharibə ərzində İran raketlərinin təxminən yarısı məhz THAAD-lar vasitəsilə sıradan çıxarılıb. Qalan raketlər isə İsrailə məxsus "Arrow-2" və "Arrow-3" müdafiə sistemləri ilə vurulub.
|
| İranda iki ABŞ vətəndaşı saxlanılıb |
JINSA-nın məlumatında həmçinin bildirilib ki, İran müharibə dövründə İsrail ərazisinə doğru ümumilikdə 500-dən çox raket buraxıb. Onlardan 201-i zərərsizləşdirilib. Hücumlar nəticəsində İsraildə 29 nəfər ölüb, 3000-dən çox insan yaralanıb. İki universitet, bir xəstəxana və 240 binada 2305 mənzilə ziyan dəyib. 13 mindən çox israilli öz yurd-yuvasından didərgin düşüb. İran ərazisində isə bir çox nüvə obyekti hədəfə alınaraq sıradan çıxarılıb, həmçinin yüzlərlə insan həyatını itirib.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


