Bəqayi: "Cənubi Qafqaza müdaxilə yolverilməzdir"

      Bəqayi:    "Cənubi Qafqaza müdaxilə yolverilməzdir"
  28 İyul 2025    Oxunub:771
"İran Cənubi Qafqazdakı proseslərə regiondankənar qüvvələrin müdaxiləsinin əleyhinədir".
Bu sözləri İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsmayıl Bəqayi jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, rəsmi Tehranın sözügedən regiondakı vəziyyətlə əlaqədar mövqeyi dəyişməz qalır.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarıyıq. Regionda nəqliyyat əlaqələrin inkişafını dəstəkləyirik, amma bu, iqtisadi artıma töhfə verməli, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə toxunmamalı və Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişdirməməlidir", – Bəqayi vurğulayıb.
İran XİN: "BAEA ilə əməkdaşlığı canlandıracağıq"

O söyləyib ki, Tehran regionda meydana gələn hadisələri diqqətlə izləyir və həm Azərbaycan, həm də Ermənistanla sıx təmasdadır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   Cənubi-Qafqaz   vəziyyət  



Xəbər lenti