Sübhan Məmmədov Rusiyada axtarışa verilib

   Sübhan Məmmədov Rusiyada axtarışa verilib
  28 İyul 2025    Oxunub:318
Rusiya İstintaq Komitəsinin müstəntiqləri "Subo" ləqəbli azərbaycanlı bloqer Sübhan Məmmədova qiyabi olaraq 20 milyon rubl məbləğində vergidən yayınma və çirkli pulların yuyulması ittihamı irəli sürüblər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Moskva vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb. Axtarışa verilən bloqerin qardaşı və atasına qarşı da oxşar ittihamlar irəli sürülüb.

Komitə əlavə edib ki, həmyerlilərimiz dəymiş ziyanı ödəməyə başlayıblar. Belə ki, İndiyədək həmin məbləğin 9 milyon rublu Federal Vergi Xidmətinin hesablarına köçürülüb.

AzVision.az



Teqlər:



Xəbər lenti