İsrailli nazir: "Əsirləri qaytarmaq şansı qalmayıb"
"İsrail, eyni zamanda, Qəzza zolağında aclığın artması ilə əlaqədar beynəlxalq təzyiqlərlə üzləşib, zolağa humanitar yardım axınını artırmaq məcburiyyətində qalıb. Zənnimcə, bu, HƏMAS-ın yalançı aclıq kampaniyası deyil", – nazir deyib.
Onun sözlərinə görə, humanitar yardım keçidinə icazə verilməsi və insanların sıx məskunlaşdıqları ərazilərdə döyüşlərin müvəqqəti dayandırılması İsrailə hərbi müstəvidə "töhfə vermir".
"Belə addımlar bizi HƏMAS-la döyüşdə zəiflədir. Çox çəkmədən bu yanaşmadan yayınmalıyıq", – Kiş bildirib.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


