Çıxış edənlər vətənpərvərliyin, milli-mənəvi dəyərlərə sədaqətin, xalqa, dövlətə və Müzəffər Ali Baş Komandana bağlılıq prinsiplərinin Dövlət Sərhəd Xidmətində əsas prioritet olduğunu bildiriblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi çıxış edərək dini radikalizmin yaranma səbəbləri, xarici təsirlər və bu meyillərə qarşı aparılan dövlət siyasəti barədə geniş məlumat verib. Qeyd olunub ki, Azərbaycan dünyəvi və tolerant dəyərləri ilə tanınan bir ölkədir və ölkəmizdə din dövlətdən ayrı olsa da, dinə, dini dəyərlərə yüksək hörmət göstərilir. Lakin bəzi xarici dairələr bu həssas sahədən sui-istifadə edərək radikal düşüncələri yaymağa çalışır və xüsusilə gəncləri hədəf seçirlər. Radikal ideologiyaların yayılması yalnız dini deyil, həm də ictimai sabitliyi pozmağa yönəlmiş təhlükəli tendensiyalardır, onlara qarşı həm hüquqi, həm də mənəvi mübarizə vacibdir.
Yerli din xadimi dini radikalizmin İslam dini ilə heç bir əlaqəsinin olmadığını vurğulamış, əsl İslamın dinc, ədalətli və mərhəmətli bir din olmaqla, zorakılığı, nifrəti və cəmiyyətə qarşı çıxmağı qəti şəkildə rədd etdiyini qeyd edib. İlahiyyatçı eyni zamanda gəncləri düzgün dini biliklərə yiyələnməyə, etibarlı mənbələrdən məlumat almağa və dini fanatizmə qarşı ayıq-sayıq olmağa çağırıb. Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılmış, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


