Starmer Trampla görüşəcək
"Cənab Baş nazir ABŞ Prezidentinə Qəzzadakı diləgəlməz əzabların sona çatdırılması üçün təzyiq göstərəcək", – sözçü vurğulayıb.
Sözçünün bəyanatındakı "təzyiq göstərəcək" ifadəsi yersiz deyil. Çünki Kir Starmer özü də ölkə daxilində bu məsələ ilə əlaqədar təzyiqlə üzləşib. Britaniya hökuməti "Fransanın yolu ilə gedərək" Fələstin Muxtariyyətini rəsmi dövlət kimi tanımaqla bağlı ona açıq çağırışlar ünvanlayır. Belə bir şəraitdə Starmerin Tramp qarşısında müharibənin dərhal qurtarması, Qəzzaya humanitar yardım çatdırılması və əsirlərin azadlığa buraxılması üzrə tələb qoyacağı gözlənilir.
Firudin Həmidli
AzVision.az
Teqlər: Britaniya ABŞ görüş Qəzza danışıqlar







Vaxtında, Aydın, Lazımlı!


