Britaniya Qəzzaya humanitar yardım göndərəcək
Baş nazir Böyük Britaniyanın humanitar yardımı havadan göndərmək və tibbi yardıma ehtiyacı olan uşaqları təxliyə etmək üçün İordaniya kimi tərəfdaşlarla işləmək planlarını açıqlayıb.
Planın təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edilir ki, üç ölkənin liderləri Qəzza və Ukraynadakı vəziyyəti müzakirə ediblər. Starmer, Makron və Merts İranın nüvə proqramına da toxunublar, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq etməsə və diplomatik danışıqlara qayıtmasa, sanksiyaların avqustun sonunda bərpa ediləcəyi ilə bağlı razılığa gəliblər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


