Laçında yol qəzası baş verib

Laçında yol qəzası baş verib
  26 İyul 2025    Oxunub:590
Laçında 3 nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, hadisə rayonun Qarakeçdi kəndi ərazisində baş verib.

Belə ki, Mahir Abdullayevin idarə etdiyi MERCEDES markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan Şəhla Novruzova və Xədicə Novruzova hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin Ramilə Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

AzVision.az



Teqlər:



Xəbər lenti