Litva Ukrayna üçün "Patriot" sistemlərinin alınmasına 30 milyon avro ayıracaq
“Litva öz mövqeyini bildirib. ABŞ-də istehsal olunan silahların, xüsusilə də Patriot sistemlərinin alınmasına qoşulacağını və bu məqsədlə təxminən 30 milyon avro ayıracağını bəyan edib”, – KİV-lər Litva müdafiə nazirinin Dovile Şakalenenin sözlərindən sitat gətirib.
“Biz strateji bir mesaj veririk: ABŞ prezidenti Donald Trampın bu qərarını tam dəstəklədiyimizi göstəririk”, - Şakalene qeyd edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton Ukraynaya silah və hərbi texnika verməyə davam edəcək, lakin bu tədarüklərin maliyyələşdirilməsi Avropa tərəfindən həyata keçirilməlidir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


