"İran Azərbaycanla münasibətlərin möhkəmləndirilməsinə üstünlük verir"

   "İran Azərbaycanla münasibətlərin möhkəmləndirilməsinə üstünlük verir"
  26 İyul 2025    Oxunub:990
İran hakimiyyəti Azərbaycan, Türkiyə, Türkmənistan, Əfqanıstan, Pakistan və Fars körfəzi sahilində yerləşən dövlətlərlə münasibətlərin möhkəmləndirilməsinə üstünlük verir.
AzVision.az “Mehr news” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

Onun sözlərinə görə, Tehran BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələrlə əlaqələri genişləndirəcək.

"İran Rusiya, Çin və digər tərəfdaşlarla fəaliyyətini əlaqələndirəcək, bu prosesi Avropa və digər ölkələrlə də davam etdirəcək".


AzVision.az


Teqlər:



Xəbər lenti