7 mindən çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunub

7 mindən çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunub
  26 İyul 2025    Oxunub:992
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2025-ci ilin 6 ayı ərzində əlilliyi olan 7 min 249 şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib.
AzVision.az Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata istinadən xəbər verir ki, onlardan 2 min 853 şəxs münasib işlərlə təmin edilib, 762 şəxs isə öz kiçik təsərrüfatlarını qurmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Onlar üçün ilk mərhələdə kiçik biznesin təşkili və idarə edilməsi üzrə təlimlər təşkil edilib. Təlimləri başa vuranlara seçdikləri iqtisadi fəaliyyət növü üzrə aktivlər təqdim olunur.

Əlilliyi olan 213 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Həmin kateqoriyadan olan 3 min 421 şəxsə isə peşəyönümü məsləhət xidməti göstərilib.

AzVision.az


Teqlər: ƏƏSMN   məşğulluq  



Xəbər lenti