Tailand və Kamboca atəşkəsə razılaşıb

Tailand və Kamboca atəşkəsə razılaşıb
  25 İyul 2025    Oxunub:361
Malayziyanın baş naziri Ənvər İbrahim Tailand və Kambocanın hökumətlərinin atəşkəsə razılaşdıqlarını açıqlayıb.
AzVision.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Malayziyanın “Bernama” agentliyi məlumat yayıb.

"Ənvər İbrahim bildirib ki, hər iki ölkə razılığa gəlib. Lakin hərbçilər artıq sərhəddə yerləşdiyinə görə, qoşunların çıxarılması üçün bir müddət vaxt istəyiblər", - agentlik bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti