“Araz Supermarket” istehlakçını aldatması ilə bağlı inzibati protokol tərtib edilib

“Araz Supermarket” istehlakçını aldatması ilə bağlı inzibati protokol tərtib edilib
  23 İyul 2025    Oxunub:945
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən "Araz Supermarket" MMC barəsində inzibati xəta protokolu tərtib edib.
Bu barədə AzVision.az -a Agentlikdən məlumat verilib. Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb. Bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə (Malın qiyməti ilə bağlı istehlakçının az miqdarda aldadılması) uyğun olaraq xəta kimi qiymətləndirilib.

AzVision.az



Teqlər:



Xəbər lenti