Sahilboyu ərazilərdə profilaktik işlər aparılıb

Sahilboyu ərazilərdə profilaktik işlər aparılıb
  21 İyul 2025    Oxunub:963
Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin olunması məqsədilə tədbirlər davam etdirilir.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, paytaxtın Xətai, Sabunçu, Səbail rayonlarında, Sumqayıt şəhərində, eləcə də, Astara və Xaçmaz rayonlarında Xəzər dənizinin sahilboyu ərazilərində keçirilən növbəti tədbirlər zamanı məişət tullantılarının tutumlardan kənar yerlərə atılması, tullantı sularının kənara təyinatsız axıdılması, qadağan olunmuş yerlərdə tütün çəkilməsi və meşə fonduna daxil olmayan ağac və kol əkililərinin zədələnməsi halları aşkar edilib.

Məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan 10, içməli məişət, texniki və tullantı sularını kənara təyinatsız axıdan 6, qadağan olunmuş yerlərdə tütün çəkən 1, ağac və kolları zədələyən 1 şəxs olmaqla ümumilikdə 18 nəfər barəsində polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb.

“Bir daha diqqətə çatdırırıq ki, polis əməkdaşları tərəfindən davam etdirilən profilaktik tədbirlər ekoloji təhlükəsizliyin təmin olunmasına yönəlib”, - məlumatda vurğulanır.

AzVision.az


Teqlər: sahilboyu   profilaktika  



Xəbər lenti