Beyləqanda taksi fəaliyyəti ilə məşğul olan sürücü həbs edilib

Beyləqanda taksi fəaliyyəti ilə məşğul olan sürücü həbs edilib
  21 İyul 2025    Oxunub:1152
Beyləqanda narkotik vasitə və spirtli içkinin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində KIA markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə, sürücü İ.Səfərovu saxlayıblar.

Araşdırma zamanı onun avtomobili narkotik vasitə və spirtli içkinin təsiri altında idarə etdiyi aşkarlanıb.

İ.Səfərov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən onun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 7 sutka inzibati qaydada həbs olunub.

AzVision.az



Teqlər: DİN   Beləqan   sürücü  



Xəbər lenti