İran və Rusiya Xəzərdə təlimlər keçirəcəklər

İran və Rusiya Xəzərdə təlimlər keçirəcəklər
  20 İyul 2025    Oxunub:1324
İran və Rusiya iyulun 21-də Xəzər dənizində iki ölkənin hərbi dəniz qüvvələrinin və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) əməkdaşlarının iştirakı ilə CASAREX-2025 təlimlərinə start verəcək.
Bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

"İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri tərəfindən təşkil edilmiş CASAREX-2025 kombinə edilmiş dəniz axtarış-xilasetmə təlimləri 21 iyuldan etibarən üç gün ərzində Xəzər dənizində keçiriləcək. Bu təlimlər İran ordusunun Hərbi Dəniz Qüvvələri, İİKK, Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələri və Xəzəryanı region ölkələrindən müşahidəçilərin iştirakı ilə baş tutacaq", - məlumatda deyilir.

Bildirilir ki, təlimlərin məqsədi dəniz təhlükəsizliyi səviyyəsinin və Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri arasında qarşılıqlı fəaliyyətin artırılmasıdır.

AzVision.az



Teqlər:



Xəbər lenti