Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar
Həmçinin rayon ərazisində yerləşən bir gözəllik salonundan və bir marketdən oğurluqlar edilib, nəticədə zərərçəkənlərə ümumilikdə 1000 manata yaxın maddi ziyan vurulub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 25 yaşlı Ə. Bədəlov və 44 yaşlı E. Bilalov saxlanılıblar.
Bundan başqa bir nəfərə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı M.Hüseynov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


