Rus ordusu Xarkovun müdafiə xəttini yarıb

Rus ordusu Xarkovun müdafiə xəttini yarıb
  18 İyul 2025    Oxunub:1397
Ukraynanın Xarkov vilayətində hücum əməliyyatlarını davam etdirən Rusiya Silahlı qüvvələrinin bölmələri Volçansk şəhəri ərazisində irəliləyiblər.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Deep State” analitik layihəsinin yazdığına görə, yeni ərazilərin ələ keçirilməsi və Ukrayna bölmələri üçün “atəş kisəsinin”nin yaranması riski barədə məlumatlar var ki, oradakı ukraynalı hərbçilərin də sayı 4 minə qədər ola bilər.

“Bundan əlavə, rus qoşunlarının cəbhənin digər ərazilərində də irəliləyir. O cümlədən, Mirnoye kəndinin Voskresenka istiqamətində hərəkət etdiyi, eləcə də Konstantinovka yaxınlığındakı Zelenıy Qay və Yablunovka qəsəbələrinin işğal olunduğu bildirilir”, - məlumatda vurğulanır.

Almaniyanın “Bild” jurnalı öz icmalında 2025-ci ilin əvvəlindən Rusiya ordusunun Ukrayna ərazisinin təqribən 2395 kvadrat kilometri üzərində nəzarəti bərqərar etdiyinə diqqət çəkir. Bu, Lüksemburqun ərazisi ilə (təxminən 2586 kvadrat kilometr) müqayisə oluna bilər. Nəşr həmçinin 2024-cü ildə 3388 kvadrat kilometr ərazinin işğalına dair məlumatlara istinad edir ki, bu da cari ildə hərbi əməliyyatların yüksək dinamikasının davamlı olduğunu göstərir.

Ukrayna tərəfi sözügedən mənbələrdə qeyd olunan irəliləyişin miqyasını hələlik rəsmən təsdiqləməyib. Əməliyyat vəziyyəti gərgin olaraq qalır və müstəqil müşahidəçilərin fikrincə, daimi monitorinqə tələb var.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Rusiya   Xarkov   irəliləyiş  



Xəbər lenti